Əl Qaidə terror təşkilatı təhdidlərinə davam edir. SİA-nın məlumatına görə, təşkilat nümayəndələri Roma Papasını və İtaliyanın baş nazirini ciddi mane olaraq qəbul etmədiklərini bildirib.
İtaliyanın ANSA xəbər agentliyi \"Əl Qaidə\" terror təşkilatının 100 dəqiqəlik videosunu ələ keçirib.Videonun əsas mövzusu təşkilatın İtaliyanın baş naziri Silvio Berluskoni və Papanı ciddi rəqib qəbul etməməsidir. Təşkilat nümayəndələri danışıqlarında adıçəkilən şəxsləri vurmağın özləri üçün çox asan olduğunu diqqətə çatdırıblar.Videonu izləyən İtaliyanın kəşfiyyat səlahiyyətliləri bununla bağlı açıqlama veriblər: \"Ələ keçirilən 100 dəqiqəlik video əsasən təhdid xarakteri daşıyır. Lakin xəbərləri olsun ki, ölkənin kəşfiyyat idarələri təhlükəsizliyin təmin olunması istiqamətində çox ciddi fəaliyyət göstərirlər\".
Qeyd edək ki, mövzu ilə bağlı rəsmi Vatikan heç bir açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB