ABŞ-nin neft ehtiyatları artıb

ABŞ-nin neft ehtiyatları artıb

Birləşmiş Ştatların kommersiya xam neft ehtiyatları artır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2 milyon 500 min barel artaraq 407 milyon barel olub. Bazar proqnozları ehtiyatların 1 milyon 500 min barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 2 milyon 800 min barel geriləyərək 304 milyon 800 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1 milyon 600 min barel azalaraq 209 milyon 700 min barel təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə