Ermənistanda keçmiş müdafiə naziri axtarışa verildi

Ermənistanda keçmiş müdafiə naziri axtarışa verildi

Ermənistanda parlament seçkiləri bitən kimi bir sıra sabiq məmurların həbsi barədə xəbərlər çoxalmağa başlayıb. Ermənistan mediasının yazdığına görə, ölkənin keçmiş müdafiə naziri (2016-2018) Vigen Sarkisyana qarşı həbs qətimkan tədbiri seçilib və barəsində axtarış elan edilib. Bu barədə Ermənistan İstintaq Komitəsinin Cinayət Axtarışı Departamenti məlumat yayıb.

O və digər şəxsə qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, ona kömək və təhrik etmə, eləcə də qrup tərəfindən xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət işi başlanıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə