Kiprin Moskvadakı səfirliyi Rusiyada fəaliyyət göstərən viza müraciət mərkəzlərinin fəaliyyətini dayandıracağını açıqlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,15 iyun tarixindən etibarən Kiprə giriş üçün viza müraciətləri yalnız səfirliyin konsulluq şöbəsində, eləcə də Sankt-Peterburq, Yekaterinburq və Krasnodardakı baş konsulluqlarda qəbul ediləcək. Buna səbəb BLS International şirkəti ilə xidmət müqaviləsinin 13 iyun tarixində başa çatmasıdır. Bundan sonra şirkətin viza mərkəzlərində müraciətlər qəbul olunmayacaq.
Səfirlik həmçinin qeyd edib ki, 11 iyun tarixinədək BLS International-ın viza mərkəzlərinə sənədlərini təqdim etmiş şəxslər pasportlarını həmin mərkəzlərdən götürməlidirlər.
Məlumata görə, yaxın vaxtlarda yeni xarici xidmət təminatçısı ilə müqavilənin imzalanması planlaşdırılır.
Səfirliyin konsulluq şöbəsində viza müraciətləri yalnız şəxsi qaydada qəbul edilir. Hər bir müraciətçi tam sənəd paketini təqdim etməlidir. Ərizələrin səfər tarixindən ən gec 15 gün əvvəl təqdim olunması tələb olunur.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB