Belarus 71 ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq edib...

Bu, yalnız bir neçə həftə ərzində qüvvədə olacaq...
Belarus 71 ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq edib...

...Dövlət Sərhəd Komitəsi 71 ölkədən olan əcnəbilər üçün vizasız girişin yaradıldığını elan etdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, Slavyanski Bazarının qonaqlarına və iştirakçılarına aiddir.

Bu il “Vitebskdə Slavyanski bazarı” beynəlxalq incəsənət festivalı 14-20 iyul tarixlərində keçiriləcək.

Vizasız giriş rejimi 4-31 iyul tarixlərində qüvvədə olacaq. Əcnəbilər beynəlxalq sərhəd keçid məntəqələrindən ölkəyə daxil olarkən bundan istifadə edə bilərlər.

Festival tədbirləri üçün pasportları və orijinal və ya elektron biletləri olmalıdır.

Komitə qeyd edib ki, xarici vətəndaş Belarusa biletdə göstərilən tədbirin tarixindən gec olmayaraq bir biletlə bir dəfə daxil ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə