Belarusda Çinin elektrik cihazları və oyuncaqları qadağan edilib...

Belarusda Çinin elektrik cihazları və oyuncaqları qadağan edilib...

...Rusiya, Çin və Belarus istehsalçılarının məhsulları olan tapmacalar, kitablar, oyuncaq tapança və qızdırıcı Dövlət Standartının təhlükəli məhsullar reyestrinə əlavə edilib.

SİA xəbər verir ki, Onlíner-in məlumatına görə, bu siyahıdakı məhsulların idxalı və satışı qadağandır.

Məsələn, "Qırmızı pişik" və "Maşa və ayı" tapmacaları, eləcə də "Saat-təqvim" maarifləndirici oyunu və "Kvadrosiklet və motosiklet", "Triceratops və tirannosaurus" taxta yandırma lövhələri formaldehidin havaya miqrasiyasının icazə verilən səviyyəsini xeyli üstələyir.

Uşaqlar üçün "Nilsin vəhşi qazlar ilə möhtəşəm macəraları" kitabında söz aralığı gənc oxucular üçün çox dardır.

Çindən gətirilən oyuncaq tapança və sintezatorun icazə veriləndən daha yüksək səs çıxardığı və Leben elektrik çaydanlarının sınaqdan keçirilməsi zamanı izolyasiyanın pozulması aşkar edilib.

Oxşar problemlər "Ay" və "Ulduz" gecə işıqlarında da baş verib.

Belarus elektrik konvektoru "Tepleya"nın beş modeli də təlimatlar və istiliyə davamlılığı ilə bağlı şikayətlər səbəbindən istifadəsindən qadağan edilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə