ABŞ və Hindistan arasında ünasibətlər gərginləşir.Ticarət gəmisinə edilən və üç hindistanlı dənizçinin itkin düşdüyü hücumla əlaqədar ABŞ-ın müvəqqəti işlər vəkili Ceyson Miks Hindistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə ANI agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Yeni Dehlinin Oman sahillərində göyərtəsində 24 Hindistan vətəndaşının olduğu "Settebello" kommersiya gəmisinə hücumu pisləməsindən sonra diplomata etiraz edilib. "Hindistan bir daha gərginliyin azaldılmasına, ticarət gəmiçiliyinin qorunmasının təmin edilməsinə və beynəlxalq sularda gəmiçiliyin təhlükəsizliyinin bərpa olunmasına çağırıb", - XİN-in bəyanatında qeyd edilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB