Putin Hindistana Su-57 satmağa çalışır...

Dehlinin yeni nəsil qırıcı təyyarələrinin çatışmazlığı fonunda...

...Rusiya lideri Putin Hindistanla Rusiyanın beşinci nəsil Su-57 qırıcı təyyarəsinin birgə istehsalını təklif edib.

O, Moskvanın "məhdudiyyətlər olmadan" əməkdaşlığa hazır olduğunu bildirib.(?)

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Defense News xəbər verir.

Qeyd olunur ki, Hindistan və Rusiya 2007-ci ildə beşinci nəsil qırıcı təyyarənin hazırlanması üçün birgə proqrama başlayıblar. Lakin, 2018-ci ildə Hindistan xərc, texnologiyaya çıxış və təyyarənin gizli imkanları ilə bağlı narahatlıqlar səbəbindən layihədən imtina edib.

Amma Rusiya müstəqil şəkildə inkişafını davam etdirib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Putin bildirib ki, Su-57 iki ölkə arasında birgə layihəyə çevrilə bilər.

...Biz bu təyyarəni Hindistana tədarük etməyə və onun inkişafını davam etdirməyə hazırıq. Bizim heç bir problemimiz və ya məhdudiyyətimiz yoxdur, - deyə o bildirib.

Nəşr qeyd edib ki, Putinin təklifi Hindistanın hava qüvvələrini modernləşdirmək planları üçün kritik bir vaxta təsadüf edir. Qeyd edək ki, hazırda Hindistanda beşinci nəsil qırıcı təyyarələr yoxdur və ölkənin hava qüvvələrində ən müasir təyyarə Fransanın dördüncü nəsil Rafale təyyarəsidir.

Nəşr vurğulayıb ki, Çin də daxil olmaqla, digər ölkələrdən geri qaldığına görə, Hindistan gizli qırıcı təyyarələr əldə etmək üçün variantları nəzərdən keçirməyə başlayıb.

Və Dehli qabaqcıl beşinci nəsil çoxməqsədli döyüş təyyarəsi hazırlamaq üçün öz proqramını sürətləndirir, lakin o, 2035-ci ilə qədər xidmətə başlamayacaq.

Hindistan rəsmiləri hələ Putinin təklifinə cavab verməyiblər, lakin aprel ayında ölkənin aparıcı aerokosmik istehsalçısı Hindustan Aeronautics Ltd.-nin o vaxtkı sədri D.K. Sunil jurnalistlərə Rusiyanın Su-57-nin imkanlarını Hindistana nümayiş etdirdiyini bildirib.

Analitiklər hesab edirlər ki, Su-57 qırıcılarının birgə istehsalı və uyğunlaşdırılması son illərdə Hindistana edilən ən iddialı müdafiə əməkdaşlığı təkliflərindən biridir.

Onlar Dehlinin Rusiya ilə əməkdaşlıq etməyə razı ola biləcəyi ehtimalını istisna etmirlər.

...Əks arqument odur ki, resurslar bu qırıcılara yönəldilməlidir və onları əldə etdikdən sonra yerli proqram üzərində işləməyə davam etmək üçün stimulunuz olmaya bilər.

Bunu Dehlidəki Observer Tədqiqat Fondunun tanınmış əməkdaşı Manoj Coşi əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə