Atəş sütunu 15 metrə çatdı və sakinlər təxliyə edildi...
Çərşənbə axşamı, 9 iyun tarixində Rusiyanın Dağıstan Respublikasının Kızılyurt şəhərində Mozdok-Kazıməmməd qaz kəməri partlayıb(?).
Deyilənlərə görə, üç partlayış baş verdi və hadisə yerində böyük yanğın baş verir.
SİA xəbər verir ki, bu barədə Dialog.UA yerli mediaya istinadən məlumat yayıb.
Partlayışlar Bavtuqay və Gelbax kəndləri arasında baş verib. Səbəb hələlik məlum deyil. Atəş sütunu 15 metrə çatıb. Kızılyurtdan 100-dən çox yerli sakin təxliyə edilib. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.
Qaz kəməri 718-ci kilometrdən 661-ci kilometrə qədər bağlanıb.
Qaz təchizatı dayandırılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB