İsveç parlamenti sığınacaq axtaranlar üçün daimi yaşamaq icazələrinin ləğv edilməsi barədə qanuna düzəlişi dəstəkləyib. SİA-nın məlumatına görə, bu barədə qanunverici orqanın press-relizində bildirilib. "Parlament müdafiəyə ehtiyacı olan şəxslərə və İsveçdə daimi yaşayan şəxslərə, eləcə də onların qohumlarına daimi yaşama icazəsinin verilməsinin ləğv edilməsini ehtiva edən hökumət təklifinin lehinə səs verib", - məlumatda qeyd olunub.
Bildirilib ki, bu, "sığınacaq verilməsi ilə bağlı immiqrasiyanın azaldılması hesabına inteqrasiya üçün daha yaxşı şəraitin yaradılması və sosial izolyasiyanın azaldılması" ilə bağlıdır. Daimi yaşama icazəsinin əvəzinə müvəqqəti yaşama icazəsi veriləcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB