Bu ölkədə dövlət işçilərinə smartfondan istifadə QADAĞAN EDİLDİ

Taliban" lideri Hibatullah Axundzadə Əfqanıstandakı qrupun üzvlərinə və dövlət işçilərinə smartfonlardan istifadəni qadağan edən fərman imzalayıb. Bu barədə "Afghanistan International" məlumat yayıb.

"Taliban" Ədliyyə Nazirliyi ölkə daxilində səkkiz zonada "Taliban" Ali Məhkəməsinin hərbi qanadı altında fəaliyyət göstərən hərbi məhkəmələrin rəhbərlərinə fərman göndərib. Bu zonalardakı polis komandirləri və kəşfiyyat rəisləri də direktiv barədə məlumatlandırılıb.

Sənədə əsasən, hərbi məhkəmə rəsmilərinə əmrin tam icrasını təmin etmək və "Taliban" rəhbərliyinə onun yerinə yetirilməsi ilə bağlı zəmanət vermək tapşırılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə