Kreml Paşinyanı təbrik etməzdən əvvəl rəsmi seçki nəticələrini gözləyəcək

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov brifinqdə bildirib ki, Rusiya Ermənistandakı səsvermənin rəsmi nəticələrini gözləməyə və yalnız bundan sonra Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik etməyə üstünlük verir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kreml nümayəndəsi vurğulayıb ki, "Burada yekun rəsmi nəticələri gözləmək vacibdir. Lakin biz bəzi rəsmi nəticələri gözləməyə üstünlük veririk."

Peskovun sözlərinə görə, səsvermə zamanı Ermənistandan çoxsaylı qanun pozuntuları qeydə alındığından, rəsmi məlumatlar hazırda xüsusi əhəmiyyət kəsb edir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə