Mətbəxdə təmizlik zamanı bir çox insan istifadə olunmuş yemək yağlarını birbaşa su çanağına tökür. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş həm evlərdə, həm də şəhərlərin kanalizasiya sistemlərində ciddi problemlərə səbəb ola bilər.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, maye halda görünən yağlar boruların içərisində soyuduqca bərkiyərək divarlara yapışır. Zaman keçdikcə yaranan yağ təbəqələri suyun normal axınına mane olur, nəticədə boruların tutulması riski artır. Mütəmadi olaraq su çanağına yağ tökülməsi isə sonradan bahalı təmir işlərinə ehtiyac yarada bilər.
Mütəxəssislər qeyd edirlər ki, yağ qalıqlarının təsiri yalnız evdaxili borularla məhdudlaşmır. Kanalizasiya sisteminə çatan yağlar digər tullantılarla birləşərək iri kütlələr əmələ gətirir. Bu isə şəhərlərin çirkab su infrastrukturuna əlavə yük yaradır və genişmiqyaslı təmizləmə işlərinin aparılmasını zəruri edir.
Ekspertlər istifadə olunmuş yağların su çanağına deyil, ayrıca qaba toplanaraq məişət tullantıları ilə birlikdə atılmasını tövsiyə edirlər. Tava və qablarda qalan yağ qalıqlarının kağız dəsmalla silinməsi də boruların qorunmasına kömək edə bilər.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB