Maskalılar “Güclü Ermənistan” müxalifət blokunun ofisinə basqın edib?

Naməlum şəxslər orada olan hər kəsi həbs ediblər...

...Ermənistanın Gümrü şəhərində naməlum maskalı şəxslər "Güclü Ermənistan" müxalifət blokunun ofisinə basqın edərək içəridəki hər kəsi saxlayıblar.

SİA xəbər verir ki, bu barədə TASS-a hüquq müdafiəçisi və alyansın nümayəndəsi Qohar Meloyan bildirib.

"Naməlum şəxslər ofisə basqın edərək hər kəsi həbs ediblər. Bir neçə saat ərzində hətta vəkilləri içəri buraxmayıblar", - deyə Meloyan bildirib.

Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçki yarışında ümumilikdə 18 siyasi qüvvə - 16 partiya və iki partiya bloku iştirak edir.

Seçki fəallığı yüksəkdir. Yerli vaxtla saat 14:00-a (Moskva vaxtı ilə saat 13:00 - red.) olan məlumata görə, seçicilərin 33 faizdən çoxu artıq səs verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə