...Ermənistanın Gümrü şəhərində naməlum maskalı şəxslər "Güclü Ermənistan" müxalifət blokunun ofisinə basqın edərək içəridəki hər kəsi saxlayıblar.
SİA xəbər verir ki, bu barədə TASS-a hüquq müdafiəçisi və alyansın nümayəndəsi Qohar Meloyan bildirib.
"Naməlum şəxslər ofisə basqın edərək hər kəsi həbs ediblər. Bir neçə saat ərzində hətta vəkilləri içəri buraxmayıblar", - deyə Meloyan bildirib.
Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçki yarışında ümumilikdə 18 siyasi qüvvə - 16 partiya və iki partiya bloku iştirak edir.
Seçki fəallığı yüksəkdir. Yerli vaxtla saat 14:00-a (Moskva vaxtı ilə saat 13:00 - red.) olan məlumata görə, seçicilərin 33 faizdən çoxu artıq səs verib.
Əli Babayev