Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 5,1 milyard dollar azalıb

Rusiya Bankı bunun səbəbini müəyyən edib...

...Rusiya Bankının məlumatına görə, 22-29 may tarixlərindəki həftə ərzində Rusiyanın beynəlxalq ehtiyatları 5,1 milyard dollar azalıb.

...SİA xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, 29 may tarixinə beynəlxalq ehtiyatlar 748,7 milyard dollar təşkil edib.

22 may tarixində Rusiyanın beynəlxalq ehtiyatları 753,8 milyard dollar təşkil edib.

Rusiya Bankının məlumatına görə, 0,7 faiz azalma əsasən mənfi yenidən qiymətləndirmə ilə bağlıdır.

Beynəlxalq ehtiyatlar Rusiya Bankının və Rusiya hökumətinin yüksək likvidli maliyyə aktivləridir.

Bunlara xarici valyuta, monetar qızıl, xüsusi borclanma hüquqları (SDR), BVF-dəki ehtiyat mövqeyi və digər ehtiyat aktivləri daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə