Donald Tramp-dan İranla danışıqlara dair açıqlama

ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqların telefon vasitəsilə davam etdiyini bildirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Trump İranla əlaqələr barədə açıqlama verərək qeyd edib ki, danışıqlar hələ də davam edir: “Artıq hər dəfə bir sənəd görmək üçün 18 saatlıq uçuşlar etmirik. Danışıqları telefonla aparırıq.”

O, üz-üzə görüşlərə üstünlük verdiyini də vurğulayıb və mümkün razılaşmanın İranın nüvə silahı əldə etmək məqsədindən tam imtina etməsi ilə bağlı olduğunu bir daha qeyd edib.

ABŞ ilə İran arasında 8 aprel tarixində əldə olunan atəşkəs razılaşmasından sonra Pakistan vasitəçiliyi ilə keçirilən görüşlər nəticəsiz qaldıqdan sonra, Donald Trump 13 aprel tarixində İrana qarşı “dəniz blokadası” tətbiq etmək qərarı verib və Hörmüz boğazına daxil olan və çıxan İranla əlaqəli gəmilərə müdaxiləyə başlayıb.

Bu proses çərçivəsində ABŞ Umman dənizi və Hind okeanında İrana məxsus bəzi ticarət gəmilərinə hücum edərək onları ələ keçirib. İran isə buna cavab olaraq Hörmüz boğazı yaxınlığında, o cümlədən İsraillə əlaqəli bəzi gəmilərə müdaxilə edərək onları saxlayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə