Yaponiyanın Vulkan Adaları ərazisində 6 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Vulkan Adaları ərazisində 6 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Yaponiyanın cənubundakı Vulkan Adaları bölgəsində 6 bal gücündə zəlzələnin qeydə alındığını bildirib.

Yerli vaxtla saat 12:55-də baş verən və 20 kilometr dərinlikdə olan zəlzələ sonrası sunami xəbərdarlığı verilməyib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə