Hindistanın qərbindəki Qucarat ştatının ən böyük şəhərlərində ən azı 28 məktəb partlayış təhdidi olan elektron məktublar alıb. "Economic Times" nəşrinin yazdığına görə, Qucarat ştatındakı Əhmədabad və Vadodarada ən azı 28 məktəb partlayış təhdidi olan elektron məktublar alıb, bundan sonra kampuslar təxliyə edilib.
Hadisə fonunda təhlükəsizlik tədbirləri gücləndirilərək elektron məktubların mənbəyini müəyyən etmək üçün araşdırma başladılıb. Ötən həftə Hindistan paytaxtındakı bir sıra məktəblərə də oxşar partlayış təhdidi olan elektron məktublar göndərilmişdi.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB