İspaniya La Liqası təmsilçisi "Vilyarreal" ABŞ millisinin futbolçusu Aleks Frimanı transfer edib.
SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı sualtı qayıqlar" 21 yaşlı müdafiəçi ilə 2032-ci ilə qədər müqavilə imzalayıblar.
Qeyd edək ki, Aleks Friman son olaraq ölkəsində "Orlondo Siti" komandasında çıxış edib. O, 2025 mövsümündə 38 oyunda altı qol vurub və altı məhsuldar ötürmə edib. Milli komandada isə 13 oyunda iki qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB