...Venesuela prezidentinin oğlu və Milli Assambleyanın hazırkı üzvü Nikolas Maduro Gerra sosial və siyasi səfərbərliyə çağıran rəsmi kommunike yayımladı.
O, həmçinin ABŞ-ın hərbi təcavüzünün məqsədinin ölkənin təbii sərvətlərini ələ keçirmək olduğunu bildirdi.
Bəyanatda deyilir: "Venesuela, ABŞ hökumətinin Venesuela ərazisinə və xalqına qarşı törətdiyi son dərəcə ciddi hərbi təcavüzü beynəlxalq ictimaiyyət qarşısında rədd edir və pisləyir. Belə təcavüz beynəlxalq sülhü və sabitliyi təhdid edir və milyonlarla insanın həyatını ciddi təhlükəyə atır".
Parlament üzvü Vaşinqtonun hərəkətlərini respublika idarəetmə formasını məhv etmək və siyasi rejimi zorla dəyişdirmək məqsədi ilə müstəmləkə təcrübələrinə qayıtmaq cəhdi adlandırdı.
...Bolivar hökuməti ölkədəki bütün ictimai və siyasi qüvvələri səfərbərlik planlarını gücləndirməyə və bu imperialist hücumu pisləməyə çağırır. Venesuela xalqı və ölkənin silahlı qüvvələri xalq ordusu və polisi ilə tam birlik içində suverenliyi və sülhü təmin etmək üçün səfərbər olunub, - deyə kommunikedə vurğulanır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB