Ukraynalılar bunu ilk dəfə etdilər...

Millət özü ilə fəxr edə bilər...

...Ukraynalı bloqçu və siyasi analitik Viktor Andrusiv son günlər Ukraynada yaşananlarla bağlı Telegramda çıxış edib. Və bu kiçik yazının Sizin üçün də önəmli olacağını nəzərə alaraq, diqqətinizə çatdırırıq.

...Ukraynalılar özləri ilə fəxr edə bilərlər. Hakimiyyətin ən

baxmayaraq, millət müdriklik nümayiş etdirdi.

Heç kim hökuməti devirməyə tələsmədi və heç bir parçalanma olmadı.

Müdriklik müxtəlif səviyyələrdə nümayiş etdirildi: müxalifətdən tutmuş orduya qədər - hər kəs düşmənin kim olduğunu və nəyin birinci gəldiyini başa düşür.

Və demək lazımdır ki, bu cür müdriklik tarixdə ilk dəfə olaraq ukraynalılar tərəfindən nümayiş etdirilir.

Təəssüf ki, bu korrupsiya işi ilə bağlı daha çox acı xəbər eşitməli və bunu ikrahla qəbul etməli olacağıq, çünki ruslar dayandırılmalıdır.

Çünki öz xalqımız, səngərlərdə, cəbhə xəttində olanlar haqqında düşünməliyik. Onlar ilk növbədə. Bu müdriklik bizi xilas edəcək.

Böyük millətlərin əksəriyyəti məhz belə çətin sınaqlarda formalaşıb. Və biz bundan keçirik və keçirəcəyik.

İndi isə dişlərimizi sıxırıq və mübarizə aparırıq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə