Tramp süni intellektdən necə istifadə edir..?

ABŞ prezidenti süni intellektin ən fəal istifadəçilərindən birinə çevrilib...

...ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” platformasında müntəzəm olaraq neyron şəbəkələri tərəfindən yaradılan şəkillər və videolar dərc edir.

Bir videoda o, döyüş təyyarəsini uçurur və etirazçılara tullantılar atır; digərində isə papa paltarında poza verir və ya keçmiş ABŞ prezidenti Barak Obamanın həbsini seyr edir. SİA-nın məlumatına görə, “The New York Times” yazır ki, Tramp onlarla belə yazı yerləşdirib.

Bu materiallar onun opponentlərini ələ salır, Trampın özünü izzətləndirir və onun siyasi əqidəsini yayır.

…Bu, özünü populyarlaşdırmaq üçün hazırlanmışdır - açıq-aydın saxtadır, absurd tondadır, lakin hələ də bir mesajı var,- deyə süni intellekt üzrə ekspert Henri Aqeder izah edir.

Ağ Ev bu cür texnikaların istifadəsinə haqq qazandırır.

...Heç bir lider sosial mediadan Prezident Tramp kimi xalqla əlaqə yaratmaq üçün yaradıcı və effektiv istifadə etməyib. Tramp 2024-cü il kampaniyası zamanı süni intellektdən fəal şəkildə istifadə etməyə başlayıb.

Bunu mətbuat katibinin köməkçisi Liz Huston deyib.

...Miçiqanda haitililərin pişik və itləri yeməsi ilə bağlı mübahisəli açıqlama verdikdən sonra o, tənqidlərə heyvanları qucaqladığı görüntüləri ilə cavab verib.

Freedom House-dan Adrian Şahbaz qeyd edir ki, “...şəkil nə qədər gülüncdürsə, xəbər lentlərində bir o qədər geniş yayılır”.

Bu gün süni intellekt Tramp üçün siyasi silaha çevrilib. Trampın tərəfdarı və siyasi strateq Brenden Dillinin dediyi kimi: “Həqiqət artıq əhəmiyyət kəsb etmir - hər şey viral olmaqdan ibarətdir”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə