ABŞ prezidenti Donald Tramp gələn həftə Yaxın Şərqdə “böyük hadisələrin” baş verəcəyinə söz verib.
SİA-nın məlumatına görə, bu barədə dövlət başçısı “New York Post” qəzetinə müsahibəsində bildirib.
...Bu, İsrail və bütün Yaxın Şərq üçün əla vaxtdır və mən çox güman ki, bazar günü axşam oraya gedəcəyəm, – Tramp nəşrə telefonla müsahibəsində deyib.
“New York Post” qeyd edir ki, söhbət İsraillə Fələstinin Həmas qruplaşması arasında hərbi əməliyyatların dayandırılmasından bir neçə saat sonra baş verib.
Tramp həmçinin əmin edib ki, gələn həftə Yaxın Şərq regionu üçün “böyük hadisələr”lə yadda qalacaq.
Qeyd edək ki, oktyabrın 9-da Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib.
Trampın vasitəçiliyi ilə imzalanan sazişlərin birinci mərhələsi çərçivəsində hər iki tərəfdən bütün girovlar azad ediləcək və İsrail qoşunları razılaşdırılmış xəttlərə çəkiləcək.
Sülh planının birinci mərhələsinə görə, HƏMAS girovları 72 saat ərzində İsrailə təhvil verməyi öhdəsinə götürür. Bunun müqabilində İsrail 24 saat ərzində anklavdan qismən çıxmağa başlayacaq və 2000 fələstinli məhbusu azad edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə