Tailandda yerli hüquq-mühafizə orqanlarının əməkdaşları silah qaçaqmalçıları dəstəsinin rəhbəri olan 27 yaşlı Rusiya sakinini saxlayıblar.
SİA xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb. Telekanalın məlumatına görə, Moskva yaxınlığındakı Crocus City Hall konsert zalına hücumu həyata keçirən terrorçuları silahla təmin edən də məhz bu qrupun üzvləri olub.
Silahlar Banqkokdan Rusiyaya Rusiya səfirliyinin yaxınlığında yerləşən kuryer xidməti vasitəsilə çatdırılıb. Bundan əvvəl bildirilmişdi ki, Tbilisi polisi Rusiya kriminal dünyasının boz kardinalı, kriminal boss Levan Canqveladzenin aradan qaldırılmasında iştirakda şübhəli bilinən daha üç nəfəri saxlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə