Çeçenistan Respublikasında yerləşən Oysxara qəsəbəsi Rusiyanın ən gənc şəhəri kimi tanınıb.
SİA xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Rosreestr” Coğrafi Adların Dövlət Kataloqunun məlumatlarına istinadən məlumat verib.
Məlumatda qeyd edilir ki, Çeçenistan Respublikasının 2023-cü il 15 dekabr tarixli qanununa əsasən, Oysxaranın statusu kənddən şəhərə dəyişdirilib.
Avqustun əvvəlində “İzvestiya” qəzeti RANEPA-nın araşdırmasına istinadən yazıb ki, hazırda Rusiyanın 129 kiçik şəhəri yox olmaq təhlükəsi ilə üzləşib, əhalinin 10 il ərzində 314 min nəfər azalıb.
Bu şəhərlərdə ümumilikdə 3,4 milyon insan yaşayır.
Mümkün yoxa çıxmanın əsas səbəbləri əhalinin azalması, məşğulluğun azalması, kiçik və orta biznesin sayının azalmasıdır. Tədqiqat qeyd edir ki, əhalinin ən çox azalması şimal kömür, metallurgiya və ağac sənayesi şəhərlərində, eləcə də depressiyaya məruz qalmış bölgələrin periferik şəhərlərində baş verib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə