İstanbuldan Sankt-Peterburqa doğru uçan təyyarə pilotun xəstəliyi səbəbindən uçuş hava limanına qayıdıb. SİA xəbər verir ki, bu barədə "HavaSosyalMedya" portalı məlumat yayıb.
“İstanbulun Sabiha Gökçen hava limanından Sankt-Peterburqa uçan TC-JHE qeydiyyat nömrəli “Boeing 737” təyyarəsinin pilotları havaya qalxdıqdan qısa müddət sonra problemlə üzləşiblər”, – məlumatda deyilir.
Portal qeyd edib ki, Türkiyənin İstanbul hava limanından VF291 reysi olan "AJet" aviaşirkəti avqustun 9-u şənbə günü saat 21:09-da havaya qalxıb. Lakin təyyarə Rumıniya üzərində səmada qəfil dönüb və saat 23:39-da İstanbula qayıdıb.
Mənbənin sözlərinə görə, İstanbula endikdən sonra pilotu tibb mütəxəssisləri qarşılayıb və uçuşu idarə etmək üçün yeni pilot təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB