Tixanovskayanın Trampa müraciəti üzə çıxıb...

O,Trampdan Lukaşenkonu “cəzalandırmasını” istəyib.

...Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Amerika lideri Donald Trampa müraciət edərək ərinin azadlığa çıxmasından sonra respublika prezidenti Aleksandr Lukaşenko ilə münasibətləri bərpa etməməyə çağırıb.

SİA-xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. ...İnsanların sizin tərəfinizdən bəzi güzəştlər, sanksiyaların yüngülləşdirilməsi və ya təbliğat müqabilində azadlığa buraxıldığı vəziyyəti normallaşdırmayın.

Əvvəllər həbsdən çıxan Belarus müxalifətinin lideri Sergey Tixanovski həyat yoldaşının ofisinin fəaliyyətində iştirak etmək niyyətini inkar edib.

O, bloqqer kimi karyerasını davam etdirmək və eyni anda beş fərqli kanal açmaq planlarından danışıb.

Qeyd edək ki, iyunun 21-də Sergey Tixanovski azadlığa buraxılıb.

“Nasha Niva” nəşrinin yazdığına görə, buraxılış ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun Belarusa səfəri sayəsində mümkün olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə