Rusiya Federasiyasında, Kursk şəhərinin mərkəzində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
Bir nəfər yaralanıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RT öz Telegram kanalında yazır.
Hadisə bazar ertəsi, iyulun 7-də Marat küçəsində baş verib. Baş verənlərlə bağlı hələlik rəsmi məlumat yoxdur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib.
Hadisə şahidlərinin sözlərinə görə, hadisə hərbi əməliyyatla bağlı deyil.
Eyni zamanda, saat 11:00-da Kurskda raket təhlükəsi elan edildi, lakin hələ də ləğv edilməyib.
Bundan əvvəl Saratov vilayətinin Yerşov şəhərində beşmərtəbəli binada məişət qazının partlaması ilə bağlı məlumat yayılmışdı.
Yaşlı qadın xəsarət alıb və ona lazımi tibbi yardım göstərilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə