ABŞ-da Zalujnı ilə Sırski arasında baş verənləri üzə çıxarıblar

"The New York Times” qəzeti öz əsas araşdırmasında yazır ki, Valeri Zalujni Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olduğu dövrdə o zaman Ukrayna Quru Qoşunlarının komandanı olan Aleksandr Sırskiyə qarşı düşmənçilik edib.

…Yada salaq ki, Sırski 2024-cü il fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postunda Zalujnı əvəzləyib.

…Zalujnı ilə Sırski arasında düşmən münasibəti olub.

SİA-nın məlumatına görə, bunu amerikalı jurnalistlər yazır.

Jurnalistlərin məlumatlarına görə, Zalujnı Sırskini ukrayna dilini zəif bildiyinə görə ələ salıb və onu “rus generalı” adlandırıb.

Məqalədə bildirilir ki, Sirski bütün görüşlərdə yalnız rus dilində danışıb.

Bundan əlavə, nəşr Zalujnının Vladimir Zelenski ilə gərgin münasibətlərinin olduğunu bir daha təsdiqləyib, lakin siyasi səbəblərə görə, Ukrayna Prezident Aparatı ali baş komandanı seçkilərdə Zelenskinin potensial rəqibi kimi görüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə