Tramp Çinlə müharibəyə hazır olduğunu bildirib

…Vaşinqton Pekinlə müharibəyə can atmır, lakin mümkün qarşıdurma üçün kifayət qədər hərbi gücə malikdir.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

…Biz Çinlə potensial müharibə istəmirik, amma sizə deyə bilərəm ki, əgər bu baş verərsə, onunla mübarizə aparmağa yaxşı hazırıq. Mən bunu heç kimə nümayiş etdirmək istəməzdim.

Bunu deyən Tramp qeyd edib ki, o, ABŞ-ın hərbi gücünü “heç kimə” nümayiş etdirmək istəməz.

Martın 10-da Pekin və Vaşinqtonun Trampla Çin prezidenti Si Cinpin arasında iyunda baş tutacaq mümkün görüşün hazırlıqlarını müzakirə etməyə başladığı barədə məlumat yayılıb.

Bir müddət əvvəl amerikalı hərbi ekspert Brayan Berletiç bildirib ki, Trampın Çinə qarşı ticarət tədbirləri bu ölkə ilə müharibəyə hazırlıqdan xəbər verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə