Günəşdə güclü partlayış

Günəşdə "M" sinfinə aid güclü partlayış qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, partlayış Bakı vaxtı ilə dünən saat 14:50-də baş verib və 9 dəqiqə davam edib. "Günəş ləkələri qrupunda 4016 (S25E43) rentgen diapazonunda "M1.7" partlayışı qeydə alınıb", - deyə qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə