Trampın süni intellektlə hazırladığı Qəzza videosu qəzəb doğurdu

Donald Trampın süni intellektlə yaratdığı Qəzza videosu internetdə qəzəb doğurub. Sosial media istifadəçiləri, ABŞ prezidenti Donald Trampın rəsmi internet səhifəsində paylaşılan və İsrail tərəfindən viran edilən Qəzzanın dənizkənarı kurortuna çevrildiyi videoya sərt reaksiya veriblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müxaliflər bu videonu "Dəccal" və "etnik təmizləmə" adlandırıb.

Videoda həmçinin Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahunun kokteyllərini içdiyi, milyarder İlon Maskın pul şəlaləsi altında rəqs etdiyi kadrlar yer alıb. Videoda oxunan mahnıda isə "Donald, səni azad etməyə gəlir" kimi ifadələr yer alır. Bir çox istifadəçi bu videonu təxribatçı və narahatedici adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə