ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə fevralın sonuna qədər görüşə biləcəyini deyib. SİA xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri jurnalistlərlə görüşündə bildirib. “Yəqin ki...”, - Tramp Rusiya Prezidenti ilə ayın sonuna qədər görüşüb-görüşməyəcəyi sualına belə cavab verib. Amerika lideri görüşlə bağlı heç bir təfərrüat açıqlamayıb. Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Rusiya və Amerika nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüşə hazırlığı davam etdirməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə, tərəflər Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb və onun həllinə sadiq olduqlarını təsdiqləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə