İtaliya Prezidenti Serxio Mattarella Monteneqroya səfər edib. SİA BBC-yə istinadən xəbər verir ki, onu Monteneqro Prezidenti Yakov Milatoviç qarşılayıb. Liderlər ikitərəfli təmasların ardınca birgə mətbuat konfransı keçiriblər. Ətraflı Mattarella Avropa İttifaqının (Aİ) genişlənməsinin İtaliya üçün əhəmiyyətli olduğunu ifadə edib: “2028 hədəfi əlçatmaz deyil. İnanıram ki, Monteneqro 2028-ci ildə Aİ-nin bir hissəsi ola bilər”. Milatoviç isə qeyd edib ki, ölkəsinin 2028-ci ildə Aİ-yə üzv olacağına tam əmindir.
Bütün xəbərlər Facebook səhifəmizdə