Rusiya Əsədi vicdan məhkəməsi ilə hədələyib

…Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və Rusiyada sığınacaq almaq fürsətindən istifadə edən digər əcnəbilərin rus xalqına yardım etdiyi görünmür.

SİA-nın məlumatına görə, bu iddianı Dövlət Dumasının deputatı Dmitri Kuznetsov səsləndirib.

Onun sözlərini Gazeta.Ru sitat gətirir.

Parlamentarinin sözlərinə görə, Əsəd vətənində qazandığı aktivləri Rusiyanın xeyrinə xərcləyə bilərdi, lakin bu, hələ ki, baş vermir.

…Təəssüf ki, onlar (Əsəd və digər əcnəbilər - Lenta.ru qeyd edir) fürsətləri əldən verirlər və qiymətli vaxtlarını itirirlər. …Heç kim vicdan və tarix məhkəməsini ləğv etməyib.

Bunu rusiyalı deputat deyib.

8 dekabr 2024-cü ildə Bəşər Əsəd istefa verdi və Suriyanı tərk etdi.

Bu, silahlı müxalifət və “Həyat Təhrir əl-Şam” yaraqlılarının (Rusiyada terrorçu kimi tanınan və qadağan olunmuş təşkilat) Dəməşqə daxil olub prezident sarayını zəbt etməsindən sonra baş verib. Daha sonra Suriyanın yeni hakimiyyət orqanlarının Rusiyadan Əsədi onlara təhvil verməsini xahiş etdiyi bildirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə