Yunanıstan Parlamentində prezident seçkisi namizədlərdən heç birinin kifayət qədər səs toplaya bilməməsi səbəbindən üçüncü mərhələyə qalıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Yunanıstanda mart ayında səlahiyyət müddəti başa çatacaq prezident Katerina Sakelaropulunun yerinə keçəcək şəxsin müəyyənləşdirilməsi üçün seçkilərin ikincisi keçirilib. Seçkidə iqtidarda olan partiya Yeni Demokratiyanın namizədi Konstantinos Tasulas, əsas müxalifət partiyası Panhlen Sosialist Hərəkatının (PASOK) namizədi Tasos Yaniçis, Radikal Sol İttifaqının (SYRIZA) namizədi Luka Kaçeli və Zəfər Partiyasının namizədi Kostas Kiryaku iştirak edib. 300 yerlik parlamentdə 297 millət vəkili səs verib.
Tasulas 160 səslə birinci olub. Kaçeli 40, Yaniçis 34, Kiryaku isə 14 səs toplayıb. Bitərəf qalanların sayı isə 52 nəfər olub. Heç bir namizəd prezident seçilmək üçün tələb olunan 200 səsə çata bilmədiyindən seçki üçüncü mərhələyə qalıb. Konstitusiyaya əsasən, üçüncü mərhələnin 6 fevralda keçirilməsinə qərar verilib.
Yunanıstan Konstitusiyasına görə, ikinci seçkidə də 200 səs sayı əldə edilmədiyi halda parlament üçüncü dəfə seçkiyə gedir. Üçüncüsündə isə qalib gəlmək üçün tələb olunan səs sayı 180-ə endirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə