Ölənlərin sayı 15-ə yüksəlib...

Kareliyada turist avtobusu qəzaya uğrayıb.

...Kareliyanın Pitkyaranta bələdiyyə rayonunda turist avtobusunun iştirakı ilə baş vermiş qəza nəticəsində ölənlərin sayı 15-ə çatıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə regionun səhiyyə naziri Mixail Oxlopkov məlumat verib. ...Lyaskelya kəndi yaxınlığında aşmış avtobusda gedən Moskva, Belqorod, Kursk, Voronej, Bryansk, Smolensk, Kurçatov və Oryol vilayətinin 15 sakininə tibbi yardım göstərilib. Oxlopkov əlavə edib ki, qonşu regionların həkimləri ağır yaralıların bir qismini qəbul etməyə, Sankt-Peterburq isə qan və plazma ehtiyatı göndərməyə hazırdır.

Bunu “VKontakte” sosial şəbəkəsi yazıb.

Həmin gün səhər saatlarında Kareliyada turist avtobusunun xəndəyə yuvarlandığı bildirilmişdi. Qəza Moskva vaxtı ilə saat 11:15-də A-121 Sortvala magistralının 301-ci kilometrliyində baş verib.

İlkin məlumatlara görə, avtobus Kondopoqa-Ruskeala marşrutu ilə hərəkət edib, lakin sürücü bir anda döngədə idarəetməni itirib. Nəticədə avtomobil sürüşərək çuxura düşüb və sol tərəfə aşıb.

Salonda iki sürücü və dördü uşaq olmaqla 42 sərnişin olub. İlkin olaraq ikisi ağır olmaqla, 14 itki olduğu bildirilir. Onlar reanimasiyaya yerləşdirilib, daha 4 nəfər Sortavala xəstəxanasına yerləşdirilib.

Kareliya Prokurorluğu yol təhlükəsizliyi qanunvericiliyinin icrasını yoxlayır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə