İsrail Müdafiə Qüvvələri Qəzzanın şimalında Fələstinin Həmas qruplaşmasının yüksək vəzifəli məmurlarının gizləndiyi yer və komanda mərkəzi kimi xidmət edən ərazini məhv etdiyini bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Hərbçilərin qeyd etdiyi kimi, “zabitlər məhəlləsi” adlanan yer İsrailin cənubundakı Sderot ərazisinə baxan hündürmərtəbəli binalardan ibarət olub.
Bu strukturlar tank əleyhinə anbarlar, bubi tələləri və tunel şəbəkəsi olan “mərkəzi terror kompleksi” kimi istifadə edilib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, bu ərazidə İsraili hədəf alan raket qurğuları da olub.
İsrail Müdafiə Qüvvələri bildirib ki, son bir həftə ərzində hərbçilər bütün kompleksi terror infrastrukturu ilə birlikdə məhv edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə