...Suriya hakimiyyəti Ukrayna ilə tərəfdaşlıq əlaqələri qurmaq istəyir, - Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd Həsən əl-Şibani, Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqanın Dəməşqə səfəri zamanı deyib.
SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir. ...Bizimlə Ukrayna arasında siyasi, iqtisadi və sosial səviyyələrdə strateji tərəfdaşlıqlar, eləcə də elmi tərəfdaşlıqlar olacaq, - deyə əl-Şibani bildirib.
Qeyd olunur ki, Sibiqa Ukraynadan Suriyaya taxıl tədarükü məsələsini hakimiyyətə gələn “Həyat Təhrir əş-Şam” qruplaşmasının (Rusiya Federasiyasında terrorçu kimi tanınan və qadağan olunmuş təşkilat) lideri Əhməd əl-Şaraa ilə də müzakirə edib.
Suriyada baş verən hadisələr fonunda Ukrayna prezidenti Vladimir Zelenski də Nazirlər Kabinetinə Ukraynanın beynəlxalq tərəfdaşları ilə birlikdə Suriyaya taxıl tədarükü təşkil etməyi tapşırdığını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə