...Bu arada Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın Tayvana hərbi yardım etməsinə kəskin narazılığını bildirib və Vaşinqtona qarşı sərt çıxış edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, departament, Amerikanın yenidən Tayvana hərbi yardım etdiyini, ona silah satdığını diqqətə çatdıraraq, bunun “bir Çin” prinsipi və üç Çin-Amerika kommünikesinin müddəalarını pozduğunu bildirib.
...Pekin ABŞ-ın belə bir addımının Çinin suverenliyini və onun təhlükəsizlik maraqlarını, habelə Amerika liderlərinin Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliklərini pozduğunu vurğulayıb.
Üstəlik, bu cür yardım adanın müstəqilliyini müdafiə edən separatçılara ciddi yanlış mesaj verir.
Nazirlik əlavə edib ki, Tayvan məsələsi Çinin əsas maraqlarına toxunur və iki ölkə arasında münasibətlərdə əsas qırmızı xəttdir.
Çin Xarici İşlər Nazirliyi bildirib ki, Amerika Tayvana silah yardımı etməklə “yalnız özünü yandıra bilər” və Tayvanın köməyi ilə Çini cilovlamaq cəhdləri uğursuzluğa məhkumdur. Xarici İşlər Nazirliyi ABŞ-ı Tayvanı silahlandırmağı dərhal dayandırmağa çağırıb.
...Çin milli suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
...Oktyabr ayında Pekin Vaşinqtonun Taybeyə 2 milyard dollar dəyərində silah satmaq niyyətini pisləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə