...Britaniyalı ekspert hesab edir ki, Ukraynanın Rusiya və ABŞ ilə sülh danışıqlarının ilk mərhələlərində iştirakı nizamlanma prosesini ləngidə bilər.
O, dialoqun reklam və mübahisələrə görə çətinləşməsi risklərinə işarə edib.
Münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar tərəflər arasında rolların dəqiq bölüşdürülməsini tələb edir.
SİA-nın məlumatına görə, bunu Britaniyalı politoloq Anatole Lieven deyir.
Belə ki, "Foreign Policy" üçün yazdığı məqalədə o, danışıqların ilkin mərhələsində yalnız Rusiya və ABŞ-ın iştirak etməli olduğunu, sonrakı mərhələdə isə Ukraynanın qoşula biləcəyini qeyd edib.
Ekspert izah edib ki, Kiyevin ilk görüşlərdə iştirakı kompromis axtarışlarını çətinləşdirəcək. Onun sözlərinə görə, Ukraynanın iştirakı qaçılmaz olaraq informasiya sızmasına gətirib çıxaracaq və Avropada, ABŞ-da eləcə də Ukrayna cəmiyyətində mənfi reaksiyaya səbəb olacaq.
...İstənilən kompromis təklifi dərhal tənqidlərə səbəb olacaq və bu, sonrakı danışıqları qeyri-mümkün edəcək.
Bunu deyən Lieven qeyd edib ki, bir çox əsas məsələlər, o cümlədən Kiyev üçün təhlükəsizlik zəmanətləri Qərbin mövqelərindən asılıdır və onları Ukrayna təkbaşına həll edə bilməz.
Politoloq əmindir ki, gələcək prosesin mürəkkəbliyi ehtiyatlı yanaşma və bütün tərəflərin mərhələli şəkildə işə cəlb olunmasını tələb edir.
...Və rusların yazdığına görə, Rada Zelenski rejimi altında Ukrayna münaqişəsinə son qoymağın mümkün olmadığını bəyan edib..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə