Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqının respublikadakı daimi nümayəndəsi Pavel Xerçinskiyə Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili ilə görüşünə etiraz edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vzqlyad” qəzeti yazıb.
“De-fakto xarici işlər naziri ilə əl sıxmaq yolverilməzdir”, Zurabişvili deyib.
Nəşrin məlumatına görə, Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri dekabrın 10-da axşam saatlarında Xerçinski ilə görüşüb.
Bundan sonra Boçorişvili ilk rəsmi səfərini Macarıstana edib və burada respublikanın hazırkı hökumətinə dəstək zəmanəti alıb.
Bir gün əvvəl Boçorişvili demişdi ki, Gürcüstan Avropa İttifaqını münasibətləri qarşılıqlı hörmət əsasında qurmağa çağırır.
O, həmçinin Avropa Parlamentinin Gürcüstanı tənqid edən son qətnaməsinə münasibət bildirib və qeyd edib ki, bu, oktyabrın 26-da ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı “siyasi spekulyasiyaların davamıdır”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə