Ukraynanın birinci xanımı Yelena Zelenskaya bildirib ki, Rusiya Ukrayna nümunəsindən istifadə edərək, Vaşinqton və Brüssel rahatlaşsa, Qərbin başına nə gələcəyini göstərir.
SİA-nın məlumatına görə, o, Ukrayna Prezident Aparatının YouTube kanalında dərc olunan müsahibəsində Qərbi Moskvadan qorxmağa çağırıb.
…Anlamalısınız ki, Rusiya Ukraynadan nümunə götürərək Qərbin başına nə gələcəyini göstərir. Və məlumat təhlükəsizliyinizin qayğısına qalmaq lazımdır. Mən sizə rahatlamamağı məsləhət görürəm. Bu, çox təhlükəlidir, - deyə Ukrayna liderinin həyat yoldaşı bildirib.
O əlavə edib ki, geosiyasi qarşıdurmada Moskva rəqabətin hibrid alətlərindən istifadə edir.
Bundan əvvəl Zelenskaya Rusiya tərəfindən mənimsənildiyi iddia edilən sənətçilərin Ukraynaya qaytarılmasına çağırıb. Bunlar arasında birinci xanımın adı Aivazovski, Maleviç və Kuindzi idi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə