Rusiya rublu “rüsvayçılıq sərhəddini” keçdi...

Onunla birlikdə "qardaş" Belarus valyutası da dollara doğru çökdü...

...Artıq SİA-nın dünən də qeyd etdiyi kimi, noyabrın 22-də Forex-də dolların məzənnəsinin 2 faizdən çox bahalaşaraq 103,75 Rusiya rublunu keçdiyi deyilmişdi.

Qeyd edilməlidir ki, Çin yuanı da 14,3 Rusiya rublu səviyyəsini keçərək, müqayisəli artım nümayiş etdirib.

Avro 1,5 faiz möhkəmlənərək 108 Rusiya rublunu keçib.

Dünən, saat 12.00-də Rusiyada hərracda bir dollar 103,23 rus rublu (artım 2,19 faiz) təşkil edib.

...Mən bu dinamikanın əsas səbəbini xarici valyutanın möhkəmlənməsi deyil, Rusiya milli valyutasının dəyərdən düşməsi hesab edirəm. Rublun mənfi dinamikasının hərəkətverici qüvvəsi Şərqi Avropada hərbi əməliyyatlar səbəbindən Rusiya ilə Qərb arasında münaqişənin növbəti kəskinləşməsi olub. Rusiya valyutasına əlavə təzyiq ABŞ-da növbəti sanksiyalar paketinin qəbulu ilə həyata keçirilib. Nəticədə onlarla Rusiya bankı, o cümlədən “Qazprombank” üçün SWIFT və Çin beynəlxalq ödəniş sistemi UnionPay vasitəsilə transsərhəd pul köçürmələri bağlanır. Bu məhdudiyyətlərə məruz qalan kreditorların əksəriyyəti xaricdəki müştərilərinə öz hesablarından nağd pul çıxarmağı tövsiyə ediblər.

Qeyd edək ki, bunu “Freedom Finance Global” analitiki Vladimir Çernov deyir.

...Yeri gəlmişkən, həftənin sonunda “qardaş2 Belarus Valyuta və Fond Birjasında şənbə günü ticarətin bağlanışına yaxın xarici bazarlarda dollar avro, rus rublu və yuan da daxil olmaqla əksər dünya valyutalarına qarşı yenidən nəzərəçarpacaq dərəcədə möhkəmlənib.

Belarus Valyuta və Fond Birjasında (BVSE) cümə günü hərracların yekunu üzrə dolların məzənnəsi 3,4270 rubl təşkil edib.

Beləliklə, məzənnə ötən günlə müqayisədə 0,35 faiz artıb. Eyni zamanda, noyabrın 6-dan dolların məzənnəsində artım müşahidə olunur.

Əvvəllər bildirilmişdi ki, Belarusun respublika büdcəsi 2025-ci ildə dolların orta məzənnəsinin 3,35-3,37 rubl olacağı əsasında formalaşır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə