Rusiya bərk raket mühərrikləri istehsal etdikləri beş zavodda tikinti işləri aparır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Maxar Technologies tərəfindən 2024-cü ilin iyul, sentyabr və oktyabr aylarında çəkilmiş peyk şəkillərindən əldə edilən məlumatlar sübut edir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Fabian Ginz bu şəkillərdən istifadə edərək Rusiya istehsal sahələrini təhlil edib. Tədqiqat nəticələri ilə onun bloqu 18 noyabr bazar ertəsi Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun saytında dərc edilib.
Gintzin sözlərinə görə, Amerika rəsmiləri bunu “Sovet İttifaqından sonra hərbi istehsalın ən iddialı genişləndirilməsi” adlandırırlar.
Peyk görüntüləri bir neçə yerdə tikinti işlərinin getdiyini göstərir.
Təhlildə deyilir ki, tərk edilmiş sovet fabriklərini modernləşdirmək və yeni infrastruktur qurmaq da mümkündür.
Bərk yanacaqlı raket mühərriklərinin istehsalı Altay diyarında, Rostov-na-Donu, Moskva yaxınlığında, Sankt-Peterburqda, həmçinin Permdə yerləşir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə