İnsan haqlarının pozulmasına və korrupsiyaya görə həbsdə olan Perunun sabiq lideri Alberto Fuximori 86 yaşında vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 1990-2000-ci illərdə Peru prezidenti vəzifəsində çalışmış və xərçəng xəstəsi olan 86 yaşlı Alberto Fuximori vəfat edib.
Sabiq prezident Fuximorinin pərəstişkarları qızı Keykonun paytaxt Limadakı evinin qarşısına toplaşaraq kədərləniblər. Bu yaxınlarda 2026-cı ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olacağını açıqlayan Fuximori Barrios Altos və La Cantutada 25 nəfərin öldürüldüyü cinayətlər, korrupsiya və insan haqları pozuntularına görə 25 il həbs cəzasına məhkum edilmişdi və sonradan sərbəst buraxılmışdı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB