...Krımın Laspi qəsəbəsində qlampinq (bütün şəraiti və tam otel xidmətləri ilə açıq hava “domik”iəri- A.B.) düşərgəsində yanğın olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mash on the Wave Telegram” kanalı bildirib. Qeyd olunur ki, güclü yanğın qonşu “Buxta meçtı” kompleksindən də görünüb.
...Mash-ın məlumatına görə, bu yay ekologiya prokurorluğu “domik”iəri turistlər üçün təhlükəli elan edib.
Məsələ bundadır ki, onların bəziləri heç istifadəyə verilməyib.
Qeyd edək ki, bundan əvvəl Krımın Təpə-Oba bölgəsində baş verən meşə yanğınının dörd gündən sonra tamamilə söndürüldüyü bildirilirdi. Təpə Oba ərazisində yanğın avqustun 25-i axşam saatlarında başlayıb. Yanğının söndürülməsinə 280-dən çox xilasedici və 83 texnika cəlb olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterləri 35 ton su atıb. “Rassvet” və “Volna” SNT-lərində yaşayan insanlar Koktebeldəki müvəqqəti yerləşdirmə mərkəzlərinə aparılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB