Nigeriyada çobanlarla fermerlər arasında qarşıdurma yaşanıb

Nigeriyada çobanlarla fermerlər arasında qarşıdurma yaşanıb

Nigeriyanın Bosso bölgəsində Fulani çobanları ilə fermerlər arasında zorakılıq hadisəsi baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurmada 5 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Nigeriyanın şimalı vaxtaşırı heyvandarlıqla məşğul olan fulani xalqı ilə əkinçiliklə məşğul olan bəzi qəbilələr arasında şiddətli toqquşmalara səhnə olur. Köçəri Fulani xalqı fermerlərin heyvanlarını oğurlamağa çalışdığını və onlara hücum etdiyini iddia edir. Qərbi və Mərkəzi Afrikanın bir çox ölkəsində yayılan Fulani, təxminən 40 milyon əhalisi olan Afrikanın ən böyük yarı köçəri tayfası kimi tanınır.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə