Pakistanda silahlı hücumda 38 nəfər ölüb - Yenilənib

Pakistanda silahlı hücumda 38 nəfər ölüb - Yenilənib

Pakistanın cənub-qərbində silahlı şəxslər yoldan keçən maşınların sərnişinlərini yerə düşürərək güllələyiblər. SİA “France-Presse” agentliyinə istinadən xəbər verir ki, insident zamanı azı 23 nəfər qətlə yetirilib.

Bildirilir ki, Bəlucistan vilayətində sözügedən silahlı şəxslər bir neçə avtobus, yük avtomobili və maşını saxlayaraq sərnişinlərin etnik mənsubiyyətini soruşublar. Məlumata görə, onlar Pəncabdan olan şəxsləri güllələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə